Balakəndə yanğın hadisəsi baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Qullar kəndində ümumi sahəsi 12 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və içərisində 200 kq qurudulmuş xurma yanıb.

Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.