Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə Qaçaq Nəbi küçəsi 4 ünvanında baş verib.

45 yaşlı kişi yaşadığı ünvandan çıxarkən onu minik avtomobili vurub. Hadisəni törədən sürücü məsuliyyətdən yayınmaq üçün ərazidən uzaqlaşıb. Xəsarət alan piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.