Bakıda və Bərdədə avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən yanvarın 3-də R.Məmmədov küçəsində “BMW” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov saxlanılıb. 

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-də rayon sakini A.İsgəndərova məxsus “VAZ-2106” markalı avtomobildən 214 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi A.Zülfüqarova saxlanılıb.