Türkiyənin Konya şəhərində məscidlərin birində namaz qılan şəxslər arasında dava olub.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Konyanın Karapınar mahalında məscid içində baş verən dava təhlükəsizlik kameralarına əks olundu. Dava edən şəxsləri məsciddəki camaat ayırıb.

Hadisə dünən Cümə namazı vaxtı Hacı İsa Məscidində baş verib. Namaz vaxtı dava 64 yaşlı İsmət U, 26 yaşlı oğlu Yusuf U. ilə 55 yaşlı Rafiq Ö. və qardaşı 58 yaşlı Əli Ö. arasında baş verib. 

Baş verən davada İsmət U. ilə oğlu Yusuf U. qardaşlar tərəfindən döyülüb.

Hadisəyə polis müdaxilə edib və araşdırma aparılır.