Jurnalist, şəhid oğlu Zaur Əhməd (Zaur Əhməd oğlu Məmmədov) deputatlığa namizədliyi qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Zaur Əhməd facebook səhifəsində məlumat verib. 

"120 Saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən məlumat verdilər ki, deputatlığa namizədliyim rəsmən təsdiqləndi, qeydiyyata alındıq.

Mübarizənin daha bir mərhələsini başa vurduq.

Bu prosesdə dəstək olan dostlara, qohumlara, hətta tanımadığım insanlara, mənə hərtərəfli dəstək verən keçmiş döyüşçülərə, qazilərə, Cəbrayılın ağsaqqallarına təşəkkür edirəm. Onlar bu günə kimi haqqın, ədalətin, millətin yanında olduğumu əsas gətirərək mənə dəstək olacaqlarını bəyan etdilər.

Hər qapıda, hər evdə şəhid övladı olduğumu biləndə daha sıcaq münasibət göstərdilər, şəhid əmanətinə sahib çıxacaqlarını açıq şəkildə göstərdilər. Qürur duydum millətimlə, camaatımla. Imza verən, yanımda olduğunu deyən hər kəs var olsun...

Yolumuz haqq yoludur. Bu dəfə Milli Məclisdə xalqdan biri olacaq. Onların səsi, vəkili olmaq üçün əlimdən gələni etməyə hazıram".