Şəkidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, şəhərin Qayabaşı kəndində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.