ABŞ-ın İraqdakı aviabazası raket atəşinə tutulub.

Unikal.org xəbər verir ki, bu barədə “İnterfax” ərəb ölkələrinin KİV-inə istinadən məlumat yayıb.

Bildirilir ki, raket zərbələri Bağdaddan 70 kilometr məsafədəki “Balad” aviabazasına endirilib. ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raketin atıldığı qeyd olunur.

İraqın təhlükəsizlik qüvvələri xəbəri təsdiqləyib. Atəş nəticəsində insan tələfatının olmadığı bildirilib.