Bakıda yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Bakı Olimpiya Stadionunun qarşısında 185 saylı sərnişin avtobusu, “KİA” və “Daewoo Nexia” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə zərər dəyib.

Qəza ilə bağlı yolda tıxac yaranıb.