"Tehranın Qasım Süleymaninin öldürülməsinə verəcəyi cavabla ABŞ-ın regionda mövcudluğuna son qoyulacaq".

Unikal.org IRNA-ya istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Hüseyn Salami bildirib. 

İranlı komandanın sözlərinə görə, SEPAH qisas alacaq: “Bu qisasın vaxtı və miqyası hələ məlum deyil”. 

O qeyd edib ki, ABŞ həmişə öz səhvləri üzündən sarsıdıcı məğlubiyyətlərə düçar olub: “Vaşinqtonun tərəfini tutan hər kəs müsəlman dünyasının düşməni sayılacaq”.

SEPAH komandanı həmçinin əlavə edib ki, ABŞ-ın bölgəni tərk etməsi ilə Yaxın Şərqdə rifah, təhlükəsizlik və sabitlik hökm sürəcək.