Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən çay evlərinin birində qeydə alınıb.

Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Elfaq İkram oğlu kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 31 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.