ABŞ-ın Puerto-Riko şəhərində at yoldan keçən avtomobillə toqquşub. 

Unikal.org xəbər verir ki, sürücü  Cənubi Koreyanın avtomobil markası olan "Daewoo" ilə hərəkətdə olarkən Ranchero adlı at anidən maşının üzərinə atılıb. Hadisə zamanı sürücü özünü avtomobildən aşağı atmağı bacarıb. 

Avtomobildən çıxmaq üçün mübarizə aparan Ranchero yanğınsöndürənlər tərəfindən xilas edilib.

Hadisə nəticəsində at ciddi xəsarət alsada həkimlərin səyi nəticəsində həyatı üçün hər hansı təhlükə yaranmayıb. ABŞ-da isə atın avtomobilin üzərinə necə girməsi hər kəsi maraqlandırır. Sosial şəbəkələrdə isə 2,2 milyon adam tərəfindən yayımlanıb və müzzakirələrə səbəb olub.