Goranboy rayonunda mikroavtobus yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi yanıb. 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.