Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Lənbərən kəndi ərazisində qeydə alınıb. 

Rayon sakini 1976-cı il təvəllüdlü Kamil Əhmədov avtomobilinə əyləşən şəxsiyyəti hələki məlum olmayan gənc tərəfindən bıçaqlanıb.

Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.