Bu gün qadın voleybolçular arasında Avropa olimpiya təsnifat turnirinə start veriləcək.

Unikal.org xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 yığma lisenziyanın sahibini müəyyənləşdirəcək.

Niderlandın Apeldorn şəhərində keçiriləcək turnirdə Azərbaycan millisi də iştirak edəcək. A qrupunda yer alan yığma komanda ilk matçında Niderlandla qarşılaşacaq. Qrupun digər matçında Polşa ilə Bolqarıstan milliləri üz-üzə gələcək.

Voleybol, Avropa təsnifat turniri

A qrupu, 1-ci tur

7 yanvar

22:30 Niderland – Azərbaycan

Azərbaycan millisinin heyəti: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova, 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva.