15 Oktyabr 2019
14 Oktyabr 2019
YAP rəsmisi Minsk qrupundan dəyişiklik tələb etdi
YAP rəsmisi Minsk qrupundan dəyişiklik tələb etdi SİYASƏT 12:45 2012-11-01

YAP rəsmisi Minsk qrupundan dəyişiklik tələb etdi
YAP rəsmisi Minsk qrupundan dəyişiklik tələb etdi

Əli Əhmədov: "Münaqişənin həlli üçün ədalətli bir vasitə tapılmalıdır"


"Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ədalətli bir vasitə tapılmalıdır". Bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. YAP rəsmisi ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların münaqişənin nizama salınmasına praktik kömək göstərilməsindən ibarət olduğunu deyib:
"20 ildən çoxdur ki, münaqişə həll oluna bilmir və bir qurum ki, 20 il ərzində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, hesab edirəm ki, Minsk qrupunun formatında hansısa ciddi dəyişikliklər etməyə ehtiyac var". Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bildirən Ə.Əhmədov onu da deyib ki, 20 il ərzində münaqişənin həllində irəliləyiş olmayıbsa, eyni formatda aparılan danışıqların nəticə verəcəyinə inanmaq olmaz:
"Bu inam üçün insanda ruh yüksəkliyi olmalıdır". Ə.Əhmədov eyni zamanda bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və 100 minlərlə insanın əziyyətinə son qoyulması üçün yalnız ədalətli bir vasitə tapılmalıdır.
ATƏT-in Minsk qrupunun formatının BMT Təhlükəsizlik Şurası və yaxud, Avropa İttifaqı formatı ilə əvəzlənməsinə gəlincə, Ə.Əhmədov bildirib ki, onlar dəfələrlə Minsk qrupunun bu formatda səmərəli şəkildə fəaliyyət göstərə bilməməsi haqqında fikirlərini və narahatçılıqlarını ifadə ediblər, indi də bu mövqedədirlər: "Şəxsən mən də yenə həmin fikirdə, eyni zamanda, yuxarıda səsləndirdiyim mövqedə qalıram. Minsk qrupunun həmsədrlik institutu səmərəli fəaliyyət göstərə bilmir. Bu, birmənalı şəkildə belədir. Yəqin ki, bunun səbəbləri üzərində düşünərkən, eyni zamanda, format məsələsinə gəlib çıxırıq. Formatın dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər, o cümlədən, Fransanın həmsədrliyinin Avropa İttifaqı tərəfindən əvəzlənməsi haqqında fikirlər səsləndirilib. Başqa fikirlər də səsləndirilib. Hər halda bu fikirlər çox səsləndirilib, bunları təhlil etmək fikrində deyiləm. Mən də mövqeyimi , o cümlədən , Fransa ilə əlaqədar mövqeyimi dəfələrlə səsləndirmişəm. Hər halda Minsk qrupu fəaliyyətində dəyişiklik etmək zorundadır. Etməsə, bunun alternativi münaqişənin hələ uzun illər uzanmasıdır.