İspaniyanın "Barselona" klubu futbolçusu Arda Turanla bağlı qərarını açıqlayıb.

Unikal.org-un "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, "Başakşehir"lə yollarını ayıran türkiyəli yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Kataloniya təmsilçisinə qayıtmayacağı dəqiqləşib.

"Barsa"nın baş məşqçisi Ernesto Valverde 33 yaşlı oyunçunu komandasında görmək istəməyib. Ardaya özünə yeni klub axtarması tövsiyə olunub.

Nəşr iddia edir ki, Turanın "Barselona" ilə müqaviləsi olsa da, klubun qapıları onun üçün qapalıdır. Arda futbolçu karyerasına davam etmək istəyirsə, özünə başqa bir klub tapmağa məcburdur.

Qeyd edək ki, bu ilin iyununa qədər "Barselona" ilə müqaviləsi olan Arda Turanın sabiq komandası "Qalatasaray"a qayıdacağı iddia edilir.