Azərbaycanın Tehrandakı Səfirliyindən verilən ilkin məlumata görə, İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında vətəndaşlarımızın olması ilə bağlı məlumat daxil olmayıb. 

Bunu Unikal.org-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O deyib ki, səfirliyimiz tərəfindən məsələ nəzarətdə saxlanılır.

Qeyd edək ki, İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb, sərnişinlərin hamısı həlak olub.