Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Turabova Gülbəniz Hacıbala qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib.

Yaralı qadına müvafiq tibbi yardım göstərilib. Məlumata görə, qadın qohumları tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.