Sumqayıt şəhərində mənzildə 2 meyit tapılıb. 

Unikal.org xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yataqxanaların birində qeydə alınıb. Müvafiq qurumlar mənzilin qapısını açaraq içəridə 2 nəfər kişinin meyitini aşkarlayıblar. Araşdırma nəticəsində onların içki məclisindən sonra ehtiyatsızlıqdan mənzildə yanğın törətdiyi məlum olub. Onların məhz tüstüdən zəhərlənərək öldükləri istisna olunmur.

Ölənlərdən birinin şəxsiyyəti də məlum olub. Bu, 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.