Badamdarda sürüşmə olub. 

Unikal.org-un məlumatına görə, Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb. Hadisə bu gün səhər baş verib. 

09:01

***

9:16

Badamdarda baş verən sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.

Unikal.org xəbər verir ki, ETSN-dən apa verilən xəbərə görə, sürüşmə nəticəsində köhnə sürüşmə sahəsinə aid torpaq qatının bir hissəsi uçaraq yola tökülüb. Sürüşmə sahəsinin eni 80 metrə yaxındır.