Bakıda zoomarketə basqın edən şəxslər saxlanılıblar.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rayon ərazisində baş verən quldurluq hadisəsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, yanvarın 7-də saat 16 radələrində Mərdəkan qəsəbəsi ərazisində yerləşən zoomarketə gələn 2 nəfər oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək cibindən 14 000 manatı götürüb hadisə yerini tərk ediblər.

H.Babayev xəstəxanaya yerləşdirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əliyev və Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır