Abşeron rayonunda yanğın baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Adıçəkilən ərazidə yaşayan sakinlərin sözlərinə görə, hadisədə xəsarət alan olmayıb.