Xırdalan şəhər sakini S.Dadaşovdan 6 kiloqrama yaxın marixuana götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Dadaşovdan 6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.