Türkiyəli gənc müğənni Aleyna Tilki yenidən gündəmə gəlib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, İtaliyanın Milan şəhərinə getmək üçün İstanbul havalimanına gələn 19 yaşlı Aleyna bir sərnişinlə mübahisə edib. Onun eyni zamanda mühafizəçini təhqir etdiyi iddia edilir.

İfadə verməsi üçün polis bölməsinə aparılan məşhur müğənni uçuşunu ləğv edib.