İstanbulda silahlı iki şəxsin mübahisəsi ölümlə nəticələnib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hasan B. adlı şəxs yaxını olduğu iddia edilən adamla bir mağazanın qarşısında məlum olmayan səbəbdən mübahisə etməyə başlayıb. Dostunu şillələyib mağazanın içərisinə salan Hasan B. oradan çıxarkən döydüyü adam tərəfindən güllələnib. O hadisə yerində dünyasını dəyişib.

Polis cinayətkar şəxsin axtarışlarını davam etdirir.