İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan Danimarka vətəndaşı Türkiyə-Suriya sərhədində tutulub.

Unikal.org xəbər verir ki, kimliyi açıqlanmayan əcnəbi vətəndaş Suriyadakı qarşıdurma bölgəsindən qeyri-qanuni yolla Türkiyəyə keçmək istəyərkən Milli Kəşfiyyat Təşkilatı və Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsin İŞİD terror təşkilatının üzvü olduğu bildirilir.