Türkiyə-Suriya sərhəddində axtarışda olan "İslam Dövləti" (İD) terror təşkilatının üzvü saxlanılıb.

Unikal.org xəbər verir ki, onun tutulması üçün əməliyyat Türkiyənin Kilis vilayətində keçirilib.

O, Suriya ilə sərhədi qanunsuz keçməyə cəhd edərkən Milli Kəşfiyyat İdarəsi və ölkənin Təhlükəsizlik Xidməti üzvlərinin keçirdiyi əməliyyat nəticəsində tutulub.

Saxlanılan şəxsin Danimarka vətəndaşı olduğu və İnterpol tərəfindən axtarıldığı müəyyən olunub.