Ağstafa rayonunda yanğın olub.

Unikal.org-un FHN-nin saytına istinadən xəbərinə görə, rayonun Köçəsgər kəndində sahəsi 400 m² olan ikimərtəbəli inzibati binanın çardağı 15 m² sahədə, ikinci mərtəbəsinin döşəməsi və birinci mərtəbəsinin tavanı 20 m² sahədə və içərisində olan sənədlər yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.