Bakıda qəza törədən yük avtomobilinin yeni videogörüntüləri yayılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, “Ukrayna” dairəsi yaxınlığında baş verib.

Belə ki, 42BG765 nömrəli dövlət qeydiyyat nişanlı TIR markalı yük maşını yolda yüksək sürətlə hərəktədə olan zaman sürücü avtomobili sol tərəfə dönmək istəyib. Bu zaman yük maşını aşıb.

Nəticədə TIR-a və yolun kənarındakı hasara ciddi xəsarət dəyib.

Faktla bağlı araşdırma aparılır.