Sumqayıt şəhərində avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 avtomobildən mobil telefon, gödəkçə, monitor, maqnitofon və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini Z.Nurəliyev saxlanılıb.

Bildirilir ki, adı çəkilən şəxs əvvəllər də məhkum olunub.