Binəqədidə mağazadan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 17-də rayon ərazisindəki mağazaların birindən 800 manat dəyərində quru meyvələr oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Tahirov saxlanılıb.