ABŞ-ın “Boeing” korporasiyasının “Boeing 737 Max” təyyarələrinin istehsalını dayandırması 3 minə yaxın insanı işsiz qoyacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunlar həmin təyyarələrin detallarının 70%-ni hazırlayan “Spirit AqeroSystems” şirkətinin əməkdaşlarıdır.

Şirkət Kanzas ştatının Uiçita və Oklahoma ştatının Tulsa şəhərindəki müəssisələrinin, təxminən, 3 min işçisini vəzifəsindən azad etməyə hazırlaşır. Qurumda hesab edirlər ki, “Boeing 737 Max”ların istehsalı bərpa olunsa belə, həmin detallara tələbat indikindən az olacaq. Çünki anbarlarda 100-dən artıq təyyarə üçün istehsal edilmiş ehtiyat hissələri yığılıb, üstəlik, əvvəlki dövrdə istehsal olunaraq müştərilərə çatdırılmamış yüzlərlə hazır təyyarə var.