Hindistanın Qucarat ştatında yerləşən zavodda partlayış baş verib, nəticədə 8 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Unikal.org-un RİA Novosti-yə istinadən xəbərinə görə, partlayış sənaye və tibbi məqsədlər üçün istehsal olunan qaz zavodunda baş verib.

Hadisə yerinə xilasetmə qrupları göndərilib.