Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə "Basiani" gecə klubunda atışma olub.

Unikal.org xəbər verir ki, insident zamanı gənc qadının yaralandığı bildirilir.

Yayılan məlumatlara əsasən, silahlı insidenti kluba buraxılmayan naməlum şəxs törədib.

Atəş açan şəxs artıq müəyyən olunaraq saxlanııb.

Hadisənin digər detalları hələ məlum deyil.