Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 39 seçki məntəqəsi üzrə nəticələr etibarsız sayılıb. 

Unikal.org xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bələdiyyə seçkilərinin yekunlarına dair qərarında bildirilib.

Bundan əlavə 9 bələdiyyədə seçkinin nəticələri ləğv edilib, 12 məntəqə seçki komissiyası buraxılıb.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də 1606 bələdiyyə üzrə seçkilər keçirilib. Seçkilərdə 41462 namizəd iştirak edib. Bələdiyyə seçkilərində ölkə üzə seçici fəallığı 32.72 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 162 70 64 nəfəri səs verib.