Banqladeşdə işinə getmək üçün şirkətin servis avtobusuna minən gənc qız sürücü tərəfindən zorlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin paytaxtı Dəkkə şəhərində baş verib. Sürücü yolun kənarında dayanaraq avtobusda tək olan qıza təcavüz etmək istəyib. 19 yaşlı qız buna imkan verməyib və sonda sürücü onu boğaraq öldürüb, cəsədini isə kolluğa atıb.

Cinayətkar şəxs hər şeyi ilk dəfə sorğuya alındığında etiraf edib.