ABŞ-da yük maşını mağazaya girib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton ştatında baş verən hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 nəfər yaralanıb, onların arasında 2 yaşlı uşağın da olduğu bildirilib. Onun müalicəsi davam etdirilir.

Yoxlamalar nəticəsində yük avtomobilinin sürücüsünün sərxoş vəziyyətdə olduğu məlum olub.