Bərdədə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Alaçadırlı kəndində ot tayası yanıb. Yanğın zamanı 1981-ci il təvəllüdlü Hüseynov Səxavət, 1989-cu il təvəllüdlü Əhmədova Gülnar, 1973-cü il təvəllüdlü Xudumova Telan tüstüdən zəhərləniblər.

Zəhərlənənlər rayonun mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır