2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qadın voleybolçular arasında Avropa təsnifat turnirinin qalibi məlum olub.

Unikal.org xəbər verir ki, Niderlandın Apeldorn şəhərində keçirilən final oyununda Türkiyə və Almaniya milliləri qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş Türkiyə yığmasının rəqib üzərində 3:0 (25:17, 25:19, 25:22) hesablı qələbəsi ilə başa çatıb. Bununla da Türkiyə millisi il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.