Şabran rayonunda zəhərlənmə olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Şabran şəhərində qeydə alınıb.

Şəhər sakini, 2018-ci il təvəllüdlü Xuraman Vüsal qızı Zəkiyeva dərmandan zəhərlənib.

Azyaşlının anasının sözlərinə görə, körpənin hansı həbi qəbul etdiyini bilmir.

X.Zəkiyevanın müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.