Azərbaycanda baş verən şok piyadavurma qəzası kameraya düşüb.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, piyada keçidində avtomobillər dayanır və piyadalar keçidə daxil olur. Ana və azyaşlı uşaq da keçiddən keçir. Hətta bir qədər də tələsirlər. Bu zaman arxadan gələn yük maşını "Niva"ya çırpılır. Zərbənin gücündən "Niva" qarşıdakı "Mercedes"ə dəyir. Ardınca isə çevrilərək artıq yolun bir hissəsini keçən ana və uşağı vurur. Yolun ortasında plasmas arakəsmə olduğu üçün piyadalar avtomobil və arakəsmə arasında qalırlar. Bu isə onların ağır xəsarət almasına maneə olur.