Azərbaycan Baş Nazirin sabiq müavini Elçin Əfəndiyevin qardaşı oğlu, 16.12.1981-ci il təvəllüdlü Əfəndiyev Tural Timuçin oğlu 9 fevral Milli Məclisə keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürüb.

Unikal.org-un əldə etdiyi məlumata görə, artıq Tural Əfəndiyevin 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb. 

Qeyd edək ki, T.Əfəndiyev İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidentidir.

Amid