Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının özü ilə gətirdiyi əl yükləri rentgen aparatından keçirilən zaman monitorda şübhəli predmetlərin təsviri görünüb və vətəndaş sorğu-sual olunub. 

Bu barədə Unikal.org-a DGK-dan məlumat verilib.

Şifahi sorğu-sual zamanı vətəndaş ona məxsus bağlamalarda gömrük nəzarətindən gizlədilən, mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olmadığını, əl yüklərində müxtəlif ərzaq malları və sarmaşıq dibçəyinin olduğunu bildirib.

Yoxlama zamanı isə içərisində 2 ədəd sarmaşıq dibçəyi olan bağlamada gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 136 qram olan narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.