Tanınmış teleaparıcı Afət Telmanqızının fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkə hesabında paylaşıb.

O, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, Afət Telmanqızı REAL TV-nin əməkdaşıdır.