Avstraliyada baş verən yanğınlar kosmosdan görüntülənib.
 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu yanğınların nə dərəcədə böyük olmasını sübut edib. Avstraliyada 4 aydır davam edən və söndürülməsi mümkün olmayan yanğınlar nəticəsində dünyasını dəyişənlərin sayı 26-a çatıb. Minlərlə ev isə yanaraq külə dönüb. 500 milyon heyvan və quş həlak olub.

Sentyabr ayından başlayan yanğınların ölkəyə vurduğu iqtisadi zərər isə 13 milyon dollar (22 milyon manat) olaraq açıqlanıb.