Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvarın 13-də saat 07:00 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Hidayət Əliyevi vurub. 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.