Gürcüstanın Tetritskaro rayonunun Tsintsxaro kəndində yaşayan azərbaycanlılar və svanlar (gürcülərin subetnik qrupu – red.) arasında kütləvi dava olub.

Unikal.org “Report”a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bir neçə gün öncə baş verən insident nəticəsində 3 nəfər xəsarət alıb. İkisi azərbaycanlı olan həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.

Kütləvi dava ilə bağlı iki nəfər saxlanılıb ki, onlardan da biri azərbaycanlıdır.

Şahidlərin sözlərinə görə, fikizi qarşıdurmaya səbəb siqaret olub. Dava zamanı soyuq silahlardan istifadə olunduğu bildirilir.

Faktla bağlı Tetritskaro Rayon Polis İdarəsində araşdırma aparılır.