"Aşk-ı Memnu" serialındakı Hilmi Önal obrazı ilə məşhurlaşan aktyor Recep Aktuğ dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, 65 yaşlı aktyor uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Recep Aktuğun ölüm xəbərini "Twitter"də yazan Zeynep Aktuğ "Canım atam, Recep Aktuğu itirdik" sözlərini qeyd edib.

Qeyd edək ki, Recep "Aşk-ı Memnu"da Firdevsin qudası obrazında oynayırdı.