Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı namizədin Mərkəzi Seçki Komissiyasına (MSK) müraciəti təmin edilib.

Unikal.org-un məlumatına görə, 35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edib. R.Abbasov müraciətində bildirib ki, dairə seçki komissiyası (DSK) onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb ki, həqiqətən də Dairə Seçki Komisiyyası qərarında aidiyyatı olmayan maddələr sadalayıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib.

Buna görə də, Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.