İrlandiyanın Atlantik okeanı sahilində yerləşən Böyük Blasket adasında vakansiya elan edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ucqar qərbində yerləşən adada heç kim yaşamır. Eyni zamanda adada elektrik və internet də yoxdur. Bu adada yerləşən 21 nəfərlik otelə nəzarət etmək üçün elan edilən vakansiyaya çox sayda insanın müraciət etdiyi məlum olub. Onların arasında Cənubi Afrika və Alyaskadan olan insanlar da var. 

İşçilərə isə alacaqları maaş bildirilmir. Onlara "od, şam, soba, canlı və təbiət" və edilir.